"Google” İsrailə görə 28 əməkdaşını işdən çıxarıb

21:05 | 18.04.2024

"Google” İsrailə görə 28 əməkdaşını işdən çıxarıb

"Google” İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb.Bu barədə "The Wall Street Journal” məlumat yayıb.

Etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib.

Etirazlara səbəb "Google” və "Amazon”un İsrail hökuməti ilə Nibmus layihəsi çərçivəsində bulud hesablama xidmətləri, o cümlədən süni intellekt və maşın öyrənmə texnologiyaları təqdim etmək üçün müqavilə bağlaması olub.

Şirkət daxilində etirazlar "qəbuledilməz və son dərəcə pozucu” adlandırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM