Goranboyda qəbirləri dağıdan şəxs tutuldu -VANDALİZM

13:11 | 09.07.2014
Goranboyda qəbirləri dağıdan şəxs tutuldu -VANDALİZM

Goranboyda qəbirləri dağıdan şəxs tutuldu -VANDALİZM

Goranboy rayonunun Səfikürd kəndində qabristanlıqda başdaşıları qırılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə kənd sakini Azər Ələkbərov polisə şikayət edib.Azər Ələkbərov şikayətində bildirib ki, gecə kəndin ərazisində yerləşən qabristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın da baş daşı naməlum şəxs tərəfindən qırılıb.Şikayət əsasında araşdırma başlanıb. Araşdırmalar zamanı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirləri dağıdan Ramin Həmidov saxlanılıb.Hazırda onun nə səbəbdən belə iş tutmasının səbəbləri araşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM