Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın

17:07 | 18.02.2015
Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın

Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın

Goranboyda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs tutulub. 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindnə keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanacaqdoldurma məntəqəsinə basqın edən Rövşən Məmmədli saxlanıb.

Rövşən Məmmədli yanacaqdoldurma məntəqəsində operator işləyən Elnur Bağırovu bıçaqla hədələyib 500 manat alıb.

Qeyd edək ki, hadisə fevralın 16-da Goranboy şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM