Güclü külək Göyçayı elektrik enerjisiz qoydu

12:03 | 16.09.2015
Güclü külək Göyçayı elektrik enerjisiz qoydu

Güclü külək Göyçayı elektrik enerjisiz qoydu

 Ötən gecə Azərbaycan rayonlarında müşahidə olunan güclü yağış və külək Göyçay rayonunun elektrik sisteminə ciddi ziyan vurub. 

"Report" xəbər verir ki, güclü külək nəticəsində irigövdəli ağaclar aşaraq elektrik naqillərini sıradan çıxarıb. 

Belə ki, Göyçay rayonunun təxminən 80%-i elektrik enerjisiz qalıb. Rayonun Bığır, Qaraman, Ləkçıtlaq, Yalman, Qaraxıdır, Şəkər, Mırtı, Alıkənd, Veysəlli, Qarayazı, Qaraməryəm, Yekəxana və Şahsoltanlı kəndində elektrik enerjisi kəsilib. 

Bununla bağlı rayon Elektrik Şəbəkəsinin işçiləri əraziyə ezam olunub. 

Göyçay rayon Elektrik Şəbəkəsindən "Report"a verilən məlumata görə, hazırda rayon ərazisinin 60%-i elektrik enerjisi ilə təmin olunub. Digər kəndlərdə isə elektrik enerjisi verilişinin bərpa olunması üçün işlər davam etdirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM