Güləşçilərimizin görüşü dünyanın diqqətində

21:44 | 06.04.2018
Güləşçilərimizin görüşü dünyanın diqqətində

Güləşçilərimizin görüşü dünyanın diqqətində

Sabah ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışına start veriləcək.

Anews.az xəbər verir ki, Dünya Güləş Birliyinin saytı qruplarda gözlənilən altı ən prinsipial görüş haqda məlumat verib.

57 kq-da Yuku Takahashi (Yaponiya) – Tomas Cilman ABŞ, 74 kq-da Mandaxnaran Qanzoriq (Monqolustan) – Daniyar Kaysanov (Qazaxıstan), 92 kq-da Takashi İshiquro (Yaponiya) – Ceydin Koks (ABŞ) maraqlı görüşlərdən sayılıb.

Ən maraqlısı da odur ki, qurum digər üç prinsipial görüşdə Azərbaycan idmançılarının iştirak edəcəyini qeyd edib. Bunlardan biri üçqat dünya çempionumuz Hacı Əliyev 65 kq çəki dərəcəsində kubalı Alexandro Enrike Valdes Tobyerlə görüşüdür.

Olimpiya mükafatçımız çox texnikalı idmançı kimi, kubalı isə barter rejimində üstünlük əldə edə biləcək güləşçi kimi qiymətləndirilib.

Monqolustan idmançısı Turtoqtox Luvsandorcun Aslanbəy Alborovla (92 kq) görüşü də maraqla gözlənilir. Dünya üçüncümüzün bu çəkidə 1 nömrəli idmançı ilə görüşdən qalib ayrılıb-ayrılmayacağı əsas suallardan biridir.

Yeniyetmələr arasında dünya çempionumuz Nurməhəmməd Hacıyevin kubalı Reyneris Salas Pereslə görüşü də maraqla gözlənilənlər arasındadır. Lakin Hacıyev ABŞ-a gətirilməyib. 

Qeyd edək ki, millimiz Dünya Kubokunun B qrupunda Qazaxıstan, Kuba və Monqolustanla mübarizə aparacaq. Dünya Kubokunda ölkəmizi Georgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (92 kq), Roman Bəkirov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti