İyunun 19-dan Günay Bankda qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq

21:18 | 09.06.2023
İyunun 19-dan Günay Bankda qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq

İyunun 19-dan Günay Bankda qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılacaq



Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə "Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Həmçinin, "Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Günay
Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.

Kompensasiyaların ödənilməsi "Bank Respublika” ASC vasitəsilə 19
iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə
əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya
ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul
edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan
"Günay Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında
yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika” ASC-nin istənilən
filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına
uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə
nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə
əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin
bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o,
qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş
etibarnaməni təqdim etməlidir.

Qorunan əmanətçilər ərizə formalarını 19 iyun 2023-cü il tarixdən etibarən "Bank
Respublika" ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az
saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC-nin bütün filial və şöbələri tərəfindən həyata keçiriləcəkdir.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.
 
Belə ki,
sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min
manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank
hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox
olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri
üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin
Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM