Günəşdə son 12 ilin ən böyük partlayışı - XƏBƏRDARLIQ + VİDEO

12:40 | 08.09.2017
Günəşdə son 12 ilin ən böyük partlayışı - XƏBƏRDARLIQ + VİDEO

Günəşdə son 12 ilin ən böyük partlayışı - XƏBƏRDARLIQ + VİDEO

Ötən gün Günəşdə daha bir böyük partlayış baş verib.

anews.az 1tv.ru-ya istinadən xəbər verir ki, bu, Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində yaranıb və son 12 ilin ən böyük partlayışı sayılır.

Sentyabrın 4-dən bu yana Günəşdə 11 partlayış qeydə alınıb. Son partlayışın gücü 7.4 bal olub. İndiyə qədər qeydə alınmış ən böyük partlayışın gücü isə 9.6 baldır.

Alimlərin sözlərinə görə, bu partlayışın Yerə çox güclü təsiri olacaq.  Kosmik avadanlıqların işində problemlərin yaranacağı deyilir.

 Artıq Avropada peyklərdə zəifləmələrin qeydə alındığı xəbər verilir.

Bundan əlavə, güclü geomaqnit qasırğası insanlarda diskomfort yaradacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb