“Günəşli”də həlak olmuş iki neftçi dəfn olundu

14:44 | 08.12.2015
“Günəşli”də həlak olmuş iki neftçi dəfn olundu

“Günəşli”də həlak olmuş iki neftçi dəfn olundu

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olmuş iki neftçi bu gün Xudat və Qubada dəfn olunub.

ANN.Az-ın APA-ya istinadən  verdiyi məlumata görə, xilasedicilər tərəfində meyiti tapılan Xaçmaz rayonu, Köhnə Xudat kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Ağa İzzət oğlu doğulduğu kənddə torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, SOCAR-ın nümayəndələri də iştirak edib

Quba rayon sakini, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu isə Qubanın Alpan kəndində basdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM