Gürcüstan Prezidenti “Xarici agentlər haqqında” qanuna veto qoyacaq

22:24 | 08.04.2024
Gürcüstan Prezidenti “Xarici agentlər haqqında” qanuna veto qoyacaq

Gürcüstan Prezidenti “Xarici agentlər haqqında” qanuna veto qoyacaq

Gürcüstan Prezidenti Salome Zurabişvili "Xarici agentlər haqqında” qanuna veto qoyacaq.Bu barədə Prezidentin parlament katibi Qeorqi Msxiladze məlumat verib.

"Prezident, əlbəttə ki, konstitusiya hüququndan istifadə edəcək və sözügedən qanuna veto qoyacaq”, - Msxiladze bildirib.

Qanunun təsirinə məruz qala bilən müxalif "Mtavari Arxi” televiziya şirkəti bildirib ki, Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binasının girişində etiraz aksiyası başlayıb və müxalifət xarici agentlər haqqında qanunun geri götürülməsini tələb edir.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Sebastyan Fişer bildirib ki, qanun qəbul olunsa Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunu itirə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb