Gürcüstanla-Cənubi Osetiya arasında de-fakto sərhəddə yerləşən Xurvaleti kəndinə Tbilisidən bir saat yarımlıq yoldur. 2008-ci ildəki 5 günlük müharibədən sonra burada çox həyat dəyişib. Müharibənin izəri burada yaşayan insanların üzündən sezilir.
Gürcü-Osetin münaqişəsi XX əsrdə gürcü və osetin xalqları arasında başlamış və çoxsaylı qurbanlara gətirib çıxaran münaqişədir. Münaqişə 1989-cu ildə alovlanıb və Cənubi Osetiya müharibəsi (1991-1992) ilə nəticələnib.
2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsinin baş vermə (2008) səbəblərindən biri də gürcü-osetin münaqişəsi olub. Bu müharibənin sonunda Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Öz xarakteri etibarilə bu münaqişə Cənubi Qafqazda olan Qarabağ münaqişəsinə bənzəyir.
Anews.az-ın müxbiri polisin müşayiəti ilə Xurvaletiyə gedib və sakinlərlə həmsöhbət olub.
Daha ətraflı video reportajda:
Rafiq Şahbazov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !