Gürcüstanda 300 yaxın QHT yeni qanundan sonra dövlət qeydiyyatı üçün müraciət edib

11:57 | 30.08.2024
Gürcüstanda 300 yaxın QHT yeni qanundan sonra dövlət qeydiyyatı üçün müraciət edib

Gürcüstanda 300 yaxın QHT yeni qanundan sonra dövlət qeydiyyatı üçün müraciət edib

Gürcüstanda  "Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə mindikdən sonra 230-dan çox qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyinə dövlət qeydiyyatına alınmaq üçün müraciət edib. Bu barədə ölkənin ədliyyə nazirinin müavini Tamar Tkeşelaşvili deyib.
 
"Hazırda yenilənmiş məlumatlara görə, 233 təşkilat qeydiyyat üçün Milli Vətəndaşlıq Reyestri Agentliyinə müraciət edib", - o bildirib. 
 
Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanun ("xarici agentlər” qanunu) avqustun 1-dən qüvvəyə minib.
 
Bu qanun gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən qeyri-hökumət təşkilatlarını və KİV-ləri Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edir.

Qanunda qeyd olunur ki, xarici dövlətin maraqlarını güdən təşkilatlar qeydiyyatdan yayınarsa 25 min lari (9 min dollardan çox) məbləğində cərimələnəcəklər. 

Gürcüstanda QHT-lərin dəqiq sayı məlum deyil, lakin hakim "Gürcü arzusu” partiyasının sədri İrakli Qaribaşvili jurnalistlərə bildirib ki, haqırda ölkədə üç minə yaxın təşkilat var və  onların böyük əksəriyyəti xarici maliyyə yardımı hesabına fəaliyyət göstərir.

Parlamentin qəbul etdiyi "xarici agentlər” haqqında qanun gürcü müxalifətinin etirazına və Gürcüstan hökumətinə maliyyə yardımını qismən dayandıran ABŞ və Avropa İttifaqının mənfi reaksiyasına səbəb olub.
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM