Gürcüstanda suyun qiyməti qalxıb

21:19 | 28.12.2017
Gürcüstanda suyun qiyməti qalxıb

Gürcüstanda suyun qiyməti qalxıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün su təchizatı tarifi artırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, sayğacsız abunəçilər üçün 1 kub metr su üçün tarif adam başına 75 tetri (0,28 dollar) bahalaşıb.

Sayğaclı abunəçilər üçün isə 1 kub metr üçün tarif 6 tetriyə (0,23 dollar) yaxın artırılıb.

Hazırda sayğacsız abunəçilər üçün tarif 3,147 lari (1,22 dollar), sayğaclı abunəçilər üçün isə 0,265 (0,10 dollar) lari təşkil edir.

Qərara əsasən, kommersiya təşkilatları üçün su tarifi 4,41 laridən 4,40 lariyə qədər ucuzlaşıb.

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb