Güzdək toyunda kütləvi dava

12:38 | 23.09.2015
Güzdək toyunda kütləvi dava

Güzdək toyunda kütləvi dava

Abşeron rayonunda baş verən kütləvi davada iki nəfər bıçaqlanıb. 

APA TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində keçirilən toy məclisində baş verib.  

Yaralılar Bakıdakı xəstəxanalara gətiriliblər. Kliniki Tibbi Mərkəzə çatdırılan Buksay Səhrab  oğlu Zərbəliyevin vəziyyəti ağır olsa da, həkimlərin səyi nəticəsində həyatı təhlükəsi aradan qaldırılıb. Respublika Xəstəxanasına yerləşdirilən digər yaralının vəziyyəti isə, orta ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM