Göyçayda dəhşətli qəza: 6 aylıq körpə öldü

14:30 | 16.02.2014
Göyçayda dəhşətli qəza: 6 aylıq körpə öldü

Göyçayda dəhşətli qəza: 6 aylıq körpə öldü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə fevralın 15-də axşam saat 20:00 radələrində yolun 195-ci kilometrliyində, Göyçayın Qaraməryəm kəndi ərazisində qeydə alınıb. 

Göyçay şəhər sakini 1976-cı il təvəllüdlü Ayaz Ağarəhimovun idarə etdiyi 55-BE-717 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 1966-cı il təvəllüdlü Əbülfət Allahverdiyevin idarə etdiyi 90-XE-769 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. 

Hadisə nəticəsində sürücü Ayaz Ağarəhimov, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Günel Ağarəhimova, övladları 2004-cü il təvəllüdlü Zərəngül Ağarəhimova və 2005-ci il təvəllüdlü Fidan Ağarəhimova, elədə də “Mitsubishi Pajero”nun sürücüsü Əbülfət Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. 

Ailənin 6 aylıq körpəsi Məhəmməd Ağarəhimov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM