Göyçayda qar fəsadlar törətdi

10:14 | 10.01.2015
Göyçayda qar fəsadlar törətdi

Göyçayda qar fəsadlar törətdi

İki gündür ki, Göyçay rayonuna yağan qar fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, qar bəzi kəndlərdə tövlələrin və yardımçı tikililərin, eləcə də köhnə evlərin dam örtüyünə, elektrik naqillərinə ziyan vurub.
 
Naqillərin qırılması müəyyən yerlərdə elektrik verilişinin dayanmasına səbəb olub və qısa fasilədən sonra enerji bərpa edilib. Qardan ziyan çəkənlərdən biri də rayonun Qarayazı kənd sakini Dilavər Əmirovdur. Onun fərdi təsərrüfatındakı 30 metr uzunluğu olan mal-qara tövləsi qarın ağırlığına tab gətirə bilməyərək dağılıb. Hadisə zamanı tövlədəki mal-qaraya ziyan dəyməyib.
 
Qeyd edək ki, Göyçay rayonuna dünəndən başlayan qar hələ də yağır. Avtomobil yollarına 5 santimetr hündürlüyünə qar düşüb və bu gün yol idarəsinin işçiləri tərəfindən qarın təmizlənməsi duz və qum səpilməsi işləri görülüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM