Göyçayda "Nar bayramı" keçiriləcək

17:15 | 26.10.2015
Göyçayda

Göyçayda "Nar bayramı" keçiriləcək

Noyabrın 7-də Azərbaycanın Göyçay rayonunda 10-cu "Nar bayramı" keçiriləcək.

"Report"un məlumatına görə, nar bayramında Göyçay rayonunun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətiriləcək və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdiriləcək.

Nar bayramlarının keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.

Qeyd edək ki, "Nar bayramı" ilk dəfə Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM