Göygöldə 400 cücə öldü

11:09 | 01.04.2015
Göygöldə 400 cücə öldü

Göygöldə 400 cücə öldü

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Göygöl rayonu, Xaqani kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 400 ədəd cücə tüstüdən boğularaq tələf olub. 

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM