Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb - TƏHLÜKƏ

16:30 | 29.07.2014
Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb - TƏHLÜKƏ

Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb - TƏHLÜKƏ

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində döyüş sursatı aşkarlanıb.APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və döyüş sursatının istifadəyə yararlı olan 1 ədəd top mərmisi olması müəyyən edilib.Mərmi aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkarlanmayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM