Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.
"2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub”, - məlumatda qeyd edilib.
Diqqətə çatdırılıb ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !