Bakı Şəhər İcra Hakimiyyəti bu il paytaxtda keçirilən Gül bayramında fərqlənmiş iştirakçıları mükafatlandırıb.
Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçirilən Gül bayramında təqdimatları ilə fərqlənən iştirakçıların işlərini münsiflər heyəti qiymətləndirib.
ANN.Az mediaforum.az-a istinadən xəbər verir ki, tədbiri şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov açıb. İcra hakimiyyəti aparatının Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sektor müdiri Ramil Qədimquliyev Gül bayramında kompozisiyaların müxtəlifliyinə, rəngarəngliyinə görə müxtəlif nominasiyalar üzrə qalib gələn iştirakçıları elan edib, onlara mükafatlar, fəxri fərmanlar və diplomlar verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !