“Hacı Cavad” məscidi tarixi abidə deyil” - RƏSMİ

10:20 | 13.04.2017
“Hacı Cavad” məscidi tarixi abidə deyil” - RƏSMİ

“Hacı Cavad” məscidi tarixi abidə deyil” - RƏSMİ

Mədəniyyət və Turizm Nazirliyi "Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məscid tarixi abidələr siyahısından ötən il çıxarılıb.
 


Onun sözlərinə görə, mütəxəssislər məscidə baxış keçirib, məscidin dayanıqlığı araşdırılıb: "Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlər ötən ilə kimi qorunan abidələr siyahısında idi. Sonra sözügedən məscidə baxış keçirildi və belə qərara alındı ki, məscid qorunan abidələr siyahısından çıxarılsın”.
Xatırladaq ki, bu gün "Sovetski”dəki "Hacı Cavad” məscidinin sökülməsinə cəhd olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti