“Hamı bir nəfər kimi İsraili dəstəkləyir” - MÜSAHİBƏ

12:31 | 12.08.2014
“Hamı bir nəfər kimi İsraili dəstəkləyir” - MÜSAHİBƏ

“Hamı bir nəfər kimi İsraili dəstəkləyir” - MÜSAHİBƏ

İsrail-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, "İsrail-Azərbaycan" Assosiasiyasının idarə heyətinin üzvü Yeganə Salmanın ANN.Az saytına müsahibəsini oxuculara tədim edirik.-  İsrail və Fələstinin münasibətlərində müşahidə etdiklərimizi əsl müharibə adlandırmaq olarmı?- Sizin bu sualınızın bir kitablıq cavabı var. Amma qısa desəm, vəziyyət həddən artıq kəskindir və bu problemin həllində İsrailin qətiyyətli addımlar atması gərəkdir. Onilliklər ərzində İsrail düşünülmüş, loyal, humanist taktika yürüdürdü. Bunun sayəsində Fələstinin atdığı sonsuz raket atəşlərindən İsrailin müdafiəsi işində müsbət nəticələrin əldə edilməsiylə yanaşı, həm də əksinə, ziddiyyətli nəticələr ortaya çıxmışdır, çünki, birincisi, terror təşkilatına qarşı İsrailin hərəkətləri dünya ictimaiyyəti tərəfindən fələstin xalqına təcavüz kimi qiymətləndirilirdi, ikincisi, fələstin döyüşçüləri, bütün dünyanın siyasi və humanitar dividentlərindən istifadə edərək, terror üsullarını və dünya ictimai rəyinin çaşdırılması metodlarını təkmilləşdirirdilər.Nəticədə, İsrail daha da təkmilləşmiş terror hiylələri ilə qarşılaşır (döyüşçülər İsrail qəsəbələrinə kimi uzanan 100 kilometrlərlə uzunluğu olan 45 yeraltı tunel çəkibmişlər), bundan başqa, onlar nə İsrailə, nə də Fələstinə aiddiyyatı olan, dünyanın qaynar nöqtələrindən olan fotoşəkilləri yayaraq dünya ictimaiyyətini çaşdırmağa çalışırlar.Hazırda İsrail və Fələstin arasında baş verənlər, əlbəttə, müharibə adlanır, həm də əsl müharibə. Bizim regionumuzda mütləq hüzurun olmamasına dünya artıq öyrəncəlidir, ona görə də elə təəssürat yaranır ki, atəşkəs növbəti dəfə pozulub, amma əslində, bu, terror mərkəzlərinin neytrallaşdırılması yox, əsl müharibədir. İndi İsrailin məqsədi raket istehsal edən zavodlarla yanaşı, həm də başqa silahları və terror qruplarını məhv etməkdir. Təəssüf ki, qısa müddət üçün nəzərdə tutulmuş əməliyyat müharibəyə döndü, çünki İsrail görünməmiş dərəcədə inkişaf etmiş terror təyinatlı infrastrukturla qarşılaşdı – bu, yuxarıda da xatırlatdığım kimi – İsrail mülki sakinlərinə qarşı terror aktlarının törədilməsi üçün tikilmiş bütöv yeraltı şəhərdir.Mülki şəxslərin həyatı üçün vacib olan evlərin tikintisinə və sülhün bərqərar olmasına sərf edilə biləcək minlərlə ton tikinti materialları HƏMAS-ın əsas liderlərinin İsrail dövlətinin məhv edilməsinə dair vəsiyyətinin həyata keçirilməsinə sərf olundu. Kim, hansı hüquqa əsaslanıb bütöv bir dövləti məhv etməyi bəyan edə bilər? İsrail dövləti qurulandan bəri müsəlman dövlətlərinin liderləri tərəfindən yedirdilən terror təşkilatları İsraili məhv edəcəklərini bildirirdilər. Ən vacib odur ki, İsrail dövlətinin yaradılması tamamilə legitim olub və BMT-nin qərarı ilə yaradılıb. İsrail heç vaxt heç kəsi hədələməyib və hədələmir, onun mövcudluğu İrana necə mane olur – aydın deyil. Amma əsas məsələ ondadır ki, zəif liderlər üçün "günah keçisi" lazımdır ki, ölkənin daxilində olan və həll edə bilmədikləri vacib problemlərdən öz xalqını yayındırsınlar. Bu, çoxdan sınanılmış üsuldur. - Bu müharibə Azərbaycandan olan həmyerlilərimizə və ya gəlmələrə təsir etdimi? Ümumiyyətlə, yuxarıda sadalanan hadisələrlə əlaqədar bizim diasporamız özünü necə aparır?- Bəli, Siz bilirsinizmi ki, dünən sosial şəbəkələrdə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvünün oğlu Etibar Axundov Qəzzada gedən döyüşlərdə ağır yaralanmışdır və hazırda xəstəxanalardan birində müalicə olunur?! Xoşbəxtlikdən, onun həyatına indi təhlükə yoxdur. Amma mən deməliyəm ki, bizim bir çox uşaqlarımız döyüş əməliyyatlarında qürurla iştirak edirlər. Bizim diasporamıza gəlincə, hamı bir nəfər kimi İsraili dəstəkləyir və bütün israillilər kimi, hökumətdən qətiyyətli addımlar atmağı tələb edirlər. Bunda böyük rolu həm də o fakt oynayır ki, sakinlərinin yarısından çoxunu Azərbaycandan gəlmələr təşkil edən Sderot şəhəri fələstinlilər tərəfindən atəşə tutulur. Bu şəhərin sakinləri illərdir atəş altında yaşayırlar. Daima sirena sədaları altında gizlənməyə çalışan uşaq nəsilləri yetişir. Yaxşı ki, İsrail hərbi texnikası havada uçan raketləri yaxalamağa və məhv etməyə qadirdir, yoxsa təsəvvür edirsinizmi o şəhərdən nə qalardı?..Həmid HəmidovANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM