Hava şəraitində dəyişiklik olacaqmı?

16:59 | 08.08.2014
Hava şəraitində dəyişiklik olacaqmı?

Hava şəraitində dəyişiklik olacaqmı?

 Bakı və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-27, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh Abşeron çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna Abşeron çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil Abşeron çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM