Havaların isti keçməsiylə bağlı əhaliyə xəbərdarlıq

14:16 | 07.07.2014
Havaların isti keçməsiylə bağlı əhaliyə xəbərdarlıq

Havaların isti keçməsiylə bağlı əhaliyə xəbərdarlıq

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası havaların isti keçməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.AzNews.az-ın məlumatına görə, stansiyanın açıqlmasında bildirilib ki, havanın həddən çox isti keçdiyi vaxtlarda insanlar günvurmadan qorunmalıdırlar: “Saat 11.00-17.00 saatlarında günəşin daha çox göründüyü vaxt hesab olunur. Bu baxımdan açıq havada qalmaq təhlükəlidir. İnsanlar açıq havada istirahətlərini 17:00-dan sonra həyata keçirməyə üstünlük verməlidirlər”.Açıqlmada o da qeyd olunub ki, isti havalarda insanlar geyimlərinə də diqqət yetirməlidirlər: “Geyimlər kətan və pambıq materialdan olmalı, dar və kip olmamalıdır. Kənd təsərrüfatı, tikinti, kommunikasiya və digər sahələrdə çalışanlar zərurət olmadığı təqdirdə, işi kölgədə həyata keçirməlidirlər.Əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM