Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

14:46 | 27.11.2015
Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

MTN-də bandit dəstəsi yaratmaq işi üzrə saxlanılan bütün şəxslərə qarşı yeni ittiham irəli sürülüb.  

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.  

İnformasiyaya görə, MTN-in həbs edilən 19 yüksək rütbəli əməkdaşına qarşı bu gün Cinayət Məcəlləsinin 217 (banditizm) və 218-ci (cinayətkar dəstə təşkil etmə) maddələri ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrlə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.  

Saytın  əvvəl də xəbər verdiyi kimi, MTN-in yüksək rütbəli əməkdaşlarından biri barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostlarından biri isə axtarışa verilib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM