Həbs olunan İsmayıllı sakinləri aclığa başlayıblar

14:02 | 26.02.2014
Həbs olunan İsmayıllı sakinləri aclığa başlayıblar

Həbs olunan İsmayıllı sakinləri aclığa başlayıblar

İsmayıllı hadisələrinə görə itttiham olunanlar prokurorun onlara həbs cəzası istəməsinə etiraz olaraq aclıq aksiyasına  başlayıblar.

Vəkil Nəvai Abbasov "Turan"a bildirib ki, aksiya iştirakçıları ədalətli hökm tələb edirlər.

Xatırladaq ki, fevralın 24-də prokuror 18 müttəhimin 4 ildən 9 ilədək azadlıqdan məhrum edilməsini istəyib.REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu aclıq aksiyasında iştirak etmirlər.Qeyd edək ki, 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna səbəb icra başçısına yaxın adamların  kobud davranısıdır. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar “Çıraq” otelini yandırıblar. Sonra şəhərdə polislə rayon rəhbərliyinin istefasını tələb edən sakinlər arasında qarşdurma yaranıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM