Həbs xəbəri yayılan xanım teleaparıcıdan AÇIQLAMA

18:02 | 14.08.2014
Həbs xəbəri yayılan xanım teleaparıcıdan AÇIQLAMA

Həbs xəbəri yayılan xanım teleaparıcıdan AÇIQLAMA

Tunay Əliyeva: "Allah heç kəsə 3 il əvvəl mən yaşadığımı yaşatmasın"Həbs xəbərləri yayılan teleaparıcı Tunay Əliyeva yazılanların 3 il əvvəl baş verdiyini açıqlayıb.ANS PRESS-in məlumatına görə, teleaparıcı ehtiyatsızlıqdan baş verən ölüm hadisəsinin qanun çərçivəsində həll olunduğunu deyir:"Bu xəbər yanlışdır. Belə bir hadisə 3 il bundan öncə olub. Təfərrüatını yaza bilməyəcəm, çünki xatırlamaq çox ağırdı. Amma bu hadisə ehtiyatsızlıqdan baş vermiş, hər kəsin başına gələ biləcək bir hadisədir. Heç kəs bundan sığortalanmayıb. Allah heç kəsə 3 il bundan əvvəl mən yaşadığımı yaşatmasın. Bu hadisə mən istəməsəm də baş verdi və qanun çərçivəzində öz həllini tapdı.Tunay Əliyeva xəbərin yayılmasından təəssüf hissi keçirdiyini deyir: "Çox təəssüüf edirəm ki, bizim özünü peşəkar sayan bəzi qeyri-peşəkar jurnalist dostlarımız belə vacib xəbəri 3 il keçdiyindən sonra ictimaiyyətə çatdırırlar. Düşünürəm ki, bu qərəzlidi. Bu qədər insanları bu xəbərlə məyus etdilər. Nə qədər insan dayanmadan narahat vəziyyətdə mənim nömrəmi yığıb bunu dəqiqləşdirmək istədilər, nə qədər adam bizə gəldi, telefonum mesajlardan dondu. Özümdən çox bu qədər insanın narahatlığına səbəb olduğum üçün bir anda utandım. Bir daha deyirəm, 3 il bundan qabaq yaşadıqlarımı Allah heç kimə göstərməsin. Amin"Tunay Əliyeva 3 il əvvəl Yasamal rayonunda idarə etdiyi avtomobillə qəfildən qarşısına çıxan sərxoş kişini vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı cinayət işi açılıb, məhkəmə teleaparıcıya 3 il şərti cəza kəsib.Xatırladaq ki, Tunay Əliyeva ANS TV-də "Zərif çərşənbə" verilişi ilə məşhurlaşıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM