Həbsxanada uşaq doğan Lamiyə ilə bağlı rəsmi MƏLUMAT

15:10 | 26.01.2015
Həbsxanada uşaq doğan Lamiyə ilə bağlı rəsmi MƏLUMAT

Həbsxanada uşaq doğan Lamiyə ilə bağlı rəsmi MƏLUMAT

Ombudsman Aparatının Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində araşdırma aparıblar.

Ombudsman Aparatından Modern.az-a verilən məlumatda bildirilib ki, qrupun üzvləri bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər. L.Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib.

 Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatlığının olmadığını söyləyib. Məlumata görə, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur.

Məlumatda o da qeyd olunur ki, hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır.

Lamiyə Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin o vaxtkı icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunu qətlə yetirib.
Lamiy'nin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.
Lamiyyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. O, Qobustan həbsxanasında ğmürlük cəza çəkir.

Hələki heç kəs Lamiyə Quliyevanın həbsdə ola-ola necə hamilə qalmağı və uşaq dünyaya gətirməyilə bağlı suala məntiqli cavab verə bilmir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM