Həbsxanadan “iPhone 5” və iPad çıxdı - Azərbaycanda

14:11 | 06.12.2013
Həbsxanadan “iPhone 5” və iPad çıxdı - Azərbaycanda

Həbsxanadan “iPhone 5” və iPad çıxdı - Azərbaycanda

Azərbaycanda cəzaçəkmə müəssisəsində son model mobil telefonlar aşkar edilib.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1979-cu il təvəllüdlü Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilərkən kameranın taxta döşəməsinin altında, betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən iki ədəd “İphone-5” markalı mobil telefon aparatı, 1 ədəd “İpad” markalı planşet, 2 ədəd qulaqcıq, 1 ədəd elektrik qidalandırıcısı, 2 ədəd “Bose” markalı qulaqcıq və 1 ədəd yaddaş kartı aşkar edilərək götürülüb.Faktlar üzrə araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM