Həbsxanaya telefon keçirmək istəyən Penitensiar Xidmət əməkdaşı işdən çıxarıldı

19:11 | 27.01.2014
Həbsxanaya telefon keçirmək istəyən Penitensiar Xidmət əməkdaşı işdən çıxarıldı

Həbsxanaya telefon keçirmək istəyən Penitensiar Xidmət əməkdaşı işdən çıxarıldı

 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həbsxanaya qadağan olunmuş vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Qobustanda yerləşən həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilərkən ondan 1 ədəd “Samsunq” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric edilib. Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM