Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq

19:00 | 23.02.2014
Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq

Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq

Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli az yağıntılı olacağı gözlənilir.

Bakıda havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da fevralın 24-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.

Aran rayonlarında havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacağı ehtimalı vardır.

Dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM