Həftənin ilk iş günü Bakıda 10 dərəcəyədək isti olacaq

19:00 | 09.02.2014
Həftənin ilk iş günü Bakıda 10 dərəcəyədək isti olacaq

Həftənin ilk iş günü Bakıda 10 dərəcəyədək isti olacaq

Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi,lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 10-da hava gündüz əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.

Havanın temperaturu Aran rayonlarında gecə 0-3 dərəcə şaxta, gündüz 6 -10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 1-6 dərəcə isti olacaq.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM