Həftənin ilk iş gününə olan hava proqnozu

19:00 | 17.08.2014
Həftənin ilk iş gününə olan hava proqnozu

Həftənin ilk iş gününə olan hava proqnozu

Həftənin ilk iş günü Azərbaycanda hava, əsasən, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Gündüz saniyədə 5-10 metr sürətlə cənub-şərq küləyi əsəcək, arabir küləyin sürəti saniyədə 14 metrə çatacaq.

Abşeron yarımadasında temperaturun gecə 23-27 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 25-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti yağmursuz keçəcək, 5-10 metr sürətlə şərq küləyi əsəcək.

Temperaturun gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında avqustun 18-də havanın, əsasən, yağmursuz keçəcəyi, 5-10 metr sürətlə şərq küləyi əsəcəyi gözlənilir.

Temperaturun gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb