''Həkimlər cəzalandırılmalıdır ki, başqalarına dərs olsun'' - Qənirə Paşayeva

11:00 | 02.07.2016
''Həkimlər cəzalandırılmalıdır ki, başqalarına dərs olsun'' - Qənirə Paşayeva

''Həkimlər cəzalandırılmalıdır ki, başqalarına dərs olsun'' - Qənirə Paşayeva

Qənirə Paşayeva səhv etmiş həkimlərin cəzalandırılmasını məsləhət görüb. 

Amerikanın Azərbaycandakı səfirliyinin ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirdiyi tədbirdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva Meydan TV-nin suallarını cavablandırıb. Son günlər səhiyyə sistemində baş verən hadisələrə münasibət bildirən millət vəkili hesab edir ki, fəaliyyətində yanlışlığa yol verən həkimi çox ciddi şəkildə cəzalandırmaq lazımdı: "Belə insanların həkim adını daşıması doğru deyil. Onların cəzalandılması lazımdır ki, başqalarına da dərs olsun. Çünki həkim məsuliyyəti anlayışını hər bir həkimin dərk etməsi lazımdı”.

Qənirə Paşayeva 87 yaşlı qadının ayağını səhvən kəsdiyini etiraf edən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimovun açıqlamasına da münasibət bildirib: "O həkimin açıqlamasını da çox qeyri-məqbul gördüyümü söyləmişdim. Təbii, harda baş verirsə versin, belə hallara görə həkim mütləq cəzalandılmalıdır ki, hadisə təkrarlanmasın. Mənə elə gəlir ki, bu məsələni müdafiə edən kimsə ola bilməz. Sabah o xəstənin yerinə siz də, mən də, hamımızın yaxınlarımız ola bilər. Ona görə də kim öz işinin öhdəsindən gələ bilmirsə, öz işinin məsuliyyətini dərk etmədiyi üçün insanlara zərəri dəyirsə, o insanın vəzifəsindən azad edilməsi vacibdir. Bu məsələdə fərqli mövqe yoxdur”.

Deputat  QHT-lərlə bağlı sualı da cavablandırıb. QHT rəhbərlərinin qanundakı dəyişiklərin onların işinə əngəl törətməsi ilə bağlı iradlarına toxunan Qənirə Paşayeva hesab edib ki, bu məsələlər müzakirəyə çıxarılmalıdır:

"Hesab edirəm ki, ortada hansısa məsələlər varsa, QHT-lərlə bağlı hansısa narazılıqlar varsa, oturub onu müzakirə etmək olar. Əgər o QHT-lərin fəaliyyətində dövlət əleyhinə işlər yoxdursa, bu sahədə çalışan müvafiq qurumlarla oturub danışmaq mümkündür. Bəzən biz də QHT-lərlə bağlı müəyyən söhbətlər eşidirik. Amma bunların nə qədər ciddi, ümumiləşmiş məsələ olması ilə bağlı müzakirələr aparılmalıdır”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM