Həkimlərlə bağı yeni dövlət proqramı hazırlanır

14:13 | 18.09.2015
Həkimlərlə bağı yeni dövlət proqramı hazırlanır

Həkimlərlə bağı yeni dövlət proqramı hazırlanır

"Bölgələrdə çalışan həkimlərlə bağlı 5 illik dövlət proqramının müddəti başa çatıb və Səhiyyə Nazirliyi yenidən həmin həkimlərə güzəştlərin tətbiq edilməsi üçün növbəti yeni dövlət proqramı hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib". Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O qeyd edib ki, ildən-ilə bölgələrdə həkim problemi azalsa da, sözsüz ki, həkim təminatında yenə də problemlər qalır. Ana və uşaq ölümlərinə toxunan nazir müavini bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də bu sıyahıda artım qeydə alınmayıb.

"İndi hər bir ana ölümü Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır. Hər bir ana ölümü mətbuatda işıqlandırılır. Ancaq ümumi rəqəmlərlə götürdükdə ana ölümünün sayında artım müşahidə olunmayıb".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM