Helikopterdə ölən ermənilər - Foto

18:57 | 22.11.2014
Helikopterdə ölən ermənilər - Foto

Helikopterdə ölən ermənilər - Foto

Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopterində ölən ermənilərin fotosu yayılıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, fotonu Ermənistan Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, helikopterin vurulması nəticəsində 3 pilot ölüb. Onlar ekipaj komandiri Sergey Saakyan, baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyandır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb