Helikopterlər havaya qalxdı - Azərbaycanda

12:10 | 11.08.2014
Helikopterlər havaya qalxdı - Azərbaycanda

Helikopterlər havaya qalxdı - Azərbaycanda

Bu dəqiqələrdə Lerik rayonu ilə Masalı rayonu arasında dağlıq ərazidə yerləşən meşə zolağında güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yeri dağlıq ərazi olduğu üçün ora yanğınsöndürən maşınların qalxmasında çətinlik yaranır. Bu səbəbdən də, yanğının söndürülməsi üçün aviasiya dəstəyindən istifadə olunur. Hazırda hadisə yerinə 2 helikopter cəlb olunub. Hazırda helikopterlər yanğın olan ərazidədir.Qeyd edək ki, hava küləkli olduğu üçün yanğının söndürülməsində çətinlik yaranıb. Hazırda alovun ram edilməsi çüün işlər gedir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM