HƏMAS atəşkəs şərtlərini açıqladı

20:06 | 16.07.2014
HƏMAS atəşkəs şərtlərini açıqladı

HƏMAS atəşkəs şərtlərini açıqladı

HƏMAS Misirin atəşkəs elan olunması təklifinə öz şərtləri ilə cavab verib.

İsrailin təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyən HƏMAS özünün təklif etdiyi şərtlərin qəbul ediləcəyi təqdirdə atəşkəsin elan oluna biləcəyini açıqlayıb.HƏMAS-ın təklif etdiyi şərtlər bunlardır:“Qəzzaya tətbiq olunan embarqonun ləğv edilməsi, “Rifah” Sərhəd məntəqəsinin açılması, 12 iyundan bəri həbs olunanların sərbəst buraxılması, Qəzza sahilində davamlı daraldılan balıq ovu sahəsinin genişləndirilməsi, İsrailin Fələstinin daxili işlərinə qarışmaması”.Qeyd edək ki, HƏMAS-ın şərtlərinə hələlik cavab verməyən İsrail tərəfi atəşkəs elan olunması üçün öz şərtlərini irəli sürmüşdü. Şərtlərinə gəlincə isə, İsrail quru əməliyyatlarını dayandıracağına, gediş-gəlişin bərpa olunacağına zəmanət verərək əhalinin yaşadığı bölgələrə hava zərbələri endirməyəcəyini və qarşılığında HƏMAS-ın zəmanət verərək İsrailə raket zərbələri yağdırmayacağını təklif etmişdi. Xatırladaq ki, iyulun 12-də 3 yəhudinin itkin düşməsi və 18 gündən sonra ölüsünün tapılması nəticəsində mindən çox fələstinli nəzarətə alınıb. Nəzarətə alınanlar arasında 12 millət vəkili də var.Bundan başqa 2 həftə ərzində Fələstinə edilən hava zərbələri nəticəsində 204 fələstinli həyatını itirib, 1400-dən çoxu isə yaralanıb. (Axar.az)ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür