Həmsədrlər: Münaqişə həddən artıq uzanır

23:59 | 12.11.2015
Həmsədrlər: Münaqişə həddən artıq uzanır

Həmsədrlər: Münaqişə həddən artıq uzanır

Biz Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycan sərhəddi boyu və təmas xətti boyu gərginliyin artmasına toxunan qətnamədə ifadə edilən narahatlığa şərikik. Çox təəssüf edirik ki, bunun nəticəsində dinc sakinlər həlak olur.

Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasında çıxışları zamanı bəyan ediblər.

"Biz münaqişənin həddən artıq uzanması ilə razıyıq. Tərəflər Fransa, Rusiya və ABŞ prezidentlərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş birgə bəyanatlarında göstərildiyi kimi sülh yolu ilə münaqişənin həll olunması üçün tədbirlər görməlidirlər.  

Həmsədrlər bundan sonra da ATƏT tərəfindən təsdiqlənmiş mandat üzrə tərəflərə vasitəçilik edəcək. ATƏT-in mandatına uyğun olaraq bizim vəzifəmiz münaqişənin tənzimlənməsi, əhatəli tənzimləmə üçün danışıqların yüngülləşdirilməsidir. Biz nə hakim, nə də vəkilik.

Münaqişə üzrə yeni danışıqlar platforması yaratmaq üzrə təkliflər irəli sürülmüşdü. Biz əminik ki, Minsk qrupunun fəaliyyəti çərçivəsində unikal vasitəçilik təcrübəsi mövcuddur. Minsk qrupunun formatı tərəflər tərəfindən qəbul edilib. 

Danışıqların həssaslığını nəzərə alaraq, formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq danışıqlar prosesini poza bilər və tənzimlənmə istiqamətində irəliləyişə nail olmağa mane ola bilər. Eyni zamanda biz münaqişənin ədalətli və dayanıqlı həllinə nail olmaqda maraqlı olan bütün beynəlxalq təşkilatlar ilə əməkdaşlıq etməyə hazırıq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM