Hərbi xidmətə çağırışda yaş həddi dəyişir? - AÇIQLAMA

12:02 | 13.02.2014
Hərbi xidmətə çağırışda yaş həddi dəyişir? - AÇIQLAMA

Hərbi xidmətə çağırışda yaş həddi dəyişir? - AÇIQLAMA

“Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir. Bizim tərəfimizdən belə bir təklif olmayıb”.

APA-nın xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov deyib: “Hərbi xidmətə çağırış yaşı qanunvericiliklə tənzimlənir. Bununla bağlı Dövlət Xidməti tərəfindən hər hansı bir təklif olmayıb”. Qeyd edək ki, Azərbaycan hökumətinin çağırış yaşını 18-dən 19-a və ya 20-yə qaldıracağı ilə bağlı müzakirələr aparması barədə məlumatlar yayılıb. Buna səbəb isə 18 yaşlı gənclərin hərbi xidmətə fiziki və psixoloji baxımdan hazır olmamaları göstərilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM