Hərbçilərə ölkədən icazəsiz çıxmaq qadağan olundu

16:18 | 17.10.2014
Hərbçilərə ölkədən icazəsiz çıxmaq qadağan olundu

Hərbçilərə ölkədən icazəsiz çıxmaq qadağan olundu

Qanuna dəyişikliklər qəbul edildi.

Milli Məclisin bugünkü iclasında “Hərbi qulluqçuların statusu” haqqında qanuna dəyişiklik edilməsi barədə Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. 

ANN.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, komitə sədri bildirib ki, qanun layihəsinə edilən dəyişiklik ondan ibarətdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM