Hərbçilərimiz qəzaya düşdü: yaralılar var

10:45 | 10.07.2014
Hərbçilərimiz qəzaya düşdü: yaralılar var

Hərbçilərimiz qəzaya düşdü: yaralılar var

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının iştirakı ilə yol qəzası baş verib, 2 nəfər yaralanıb.Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən xəbərə görə ki, iyulun 9-da Masallı rayonununda, Ələt-Astara yolunun 164 km-də DSX-nin hərbi qulluqçusu, gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə, sola istiqamətlənərək avtomobili aşırıb.Nəticədə sürücü gizir Qəhrəmanov Allahverdi Vidadi oğlu və onun sərnişini, DSX-nın zabiti, leytenant Hüseynov Malik Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM