Herman Hessenin məşhur əsəri Azərbaycan dilində!

18:58 | 21.11.2013
Herman Hessenin məşhur əsəri Azərbaycan dilində!

Herman Hessenin məşhur əsəri Azərbaycan dilində!

"Qanun" nəşriyyatı məşhur alman yazıçısı Hermann Hesse-nin "Knulp" romanını Azərbaycan dilində çap edib. 

Bu, onun dünya ədəbiyyatının klassikası sayılan "Yalquzaq" romanının nəşr edilməsinə qədər ən məşhur əsəri olub. 

1915-ci ildə işıq üzü görən "Knulp" bütün həyatı yollarda keçən bir yolçunun hekayəsidir. İstədiyi yerə “qonan”, amma heç yerdə qərar tuta bilməyib yenə “uçan” azad bir ruhun qısa dastanı.

Uşaqkən yaşadığı bir hadisə səbəbiylə insanlara etibarı sarsılmış və kimsəyə güvənməməyi özünə həyat prinsipi seçən yolçu… Yeri-yurdu olmayan, amma gəldiyi hər yeri özünə müvəqqəti yurd sayan, tanış olduğu hər kəsin rəğbətini qazanmaq bacarığına sahib, yalqız və həsrət dolu bir insan…

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM