Hesablama Palatasına yeni sədr gətirilir

14:27 | 21.11.2013
Hesablama Palatasına yeni sədr gətirilir

Hesablama Palatasına yeni sədr gətirilir

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırması haqqında imzaladığı sərəncamla oktyabrın 22-dək Hesablama Palatasının sədri vəzifəsini tutan Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olundu. Nəticədə Hesablama Palatasının sədri vəzifəsi boşaldı. Bu arada Hesablama Palatasının sədri vəzifəsinə kimin təyin olunacağı böyük maraq doğurur.Hökumətdəki mənbələrdən modern.az saytına məlum olub ki, Hesablama Palatasının sədri vəzifəsinə kimin seçiləcəyi məsələsi artıq həll olunub.Bu posta bir neçə nəfərin namizədliyi müzakirə olunsa da, sonda hazırda maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan İlqar Fətizadənin üzərində dayanıblar. Məsəlı Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçiriləcək iclasında İlqar Fətizadənin Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinin müzakirə olunacağı, sabaha isə məsələnin parlamentin plenar iclasına çıxarılacağı bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM