Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib

14:28 | 29.08.2016
Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilmişdir. Tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak etmişdir.

Spotterlər Boeing-767, Boeing-757, Airbus A340, A320, həmçinin Boeing 747F və İL-76 yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə etmişdirlər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə bilmişdirlər.

Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər Airbus A340-500 təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkə bilmişdirlər.

Aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi - aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

Tədbirdən qısa video reportaj ilə "Azərbaycan Hava Yolları"-nın rəsmi Facebook səhifəsində tanış olmaq olar: 

www.facebook.com/azalqsc/posts/1122641691161414

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb