Heydər Əliyev Fondunun adından dələduzluq edən şəxsə iş kəsildi

13:45 | 15.10.2014
Heydər Əliyev Fondunun adından dələduzluq edən şəxsə iş kəsildi

Heydər Əliyev Fondunun adından dələduzluq edən şəxsə iş kəsildi

Bakı Ağır cinayətlər məhkəməsində Naxçıvan MR-nın sakini İman İbrahimovun (1961-ci il təv) CM-nin 178.3.3 (dələduzluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş tərəfindən törədildikdə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb. ANN.Az Qafqazinfo-a istinadən xəbər verir ki, İman İbrahimov 2011-ci ilin may ayında kompüter proqramından istifadə yolu ilə vizit kartı düzəltməklə Qərib Vəliyevə özünü Heydər Əliyev Fondunun Baş Mühafizə İdarəsinin rəis müavini, polkovnik rütbəli şəxs kimi təqdim edərək, onu aldadıb, həmin idarənin Bərdə regional sahəsinə bölmə rəisi vəzifəsinə işə düzəldəcəyini vəd edib, ondan iyunun 15-də Bakı Beynəlxalq Avtovağzalın ərazisində yerləşən kafenin həyətində 380 manat pul alıb. Bundan başqa, İbrahimov Kərəmət Həsənova özünü Xüsusi Dövlət Mühafizə İdarəsinin vəzifəli şəxsi kimi təqdim edib, aldadaraq onun qardaşı oğlu Məhəmmədi mühafizəçi işinə düzəldəcəyinə söz verib. Mayın əvvəllərində o “Bakı” mehmanxanasının qarşısında Həsənovdan 400, daha sonra Milli Məclisin yanında 300 və Bayıl dairəsinin yaxınlığında 100 manat pul alıb.İyunun 2-də İman İbrahimov Azneft meydanında Rauf Əliyevdən 500 manat pul alıb və onu H.Əliyev Fondunun Baş Mühafizə İdarəsinə mühafizəçi düzəldəcəyinin vəd edib. Avqust ayında təqsirləndirilən şəxs Namiq Hüseynovu Fondun Mühafizə İdarəsinin Yevlax şəhərində açılacaq regional şöbəsinə mühafizəçi işinə düzəldəcəyini vəd edib ondan Dövlət Neft Şirkətinin qarşısında 580 manat alıb.Sentyabr ayında İman Südabə Məmmədovaya özünü FHN-də rəis müavini vəzəfəsində işləyən şəxs kimi təqdim edərək, onun oğlu Mühəndis Məmmədovu həmin nazirliydə işə düzəldəcəyini söz verib və Milli Məclisin inzibati binasının yaxınlığında 500 manat pulunu alıb.2011-ci ilin oktyabr-dekabr aylarında İbrahimov özünü H.Əliyev Fondunun Təhlükəsizlik Xidmətinin rəis müavini kim təqdim edərək Zəhra Hüseynovanı aldadıb. Ümümilikdə qadından 2600 manat alan şəxs, onun bacısıoğlu Famil İsgəndərovu FHN-də sürücü, qızı İlhamə Məmmədrzayevi Bakı ş. İcra Hakimiyyətində dəftərxana müdiri, bacısıoğlu Samir İbrahimlini və qardaşıoğlU Səbuhi Hüseynovu hərbi çagırışçı kimi Bakıda yerləşən DİN Daxili Qoşunların hərbi hissəsində qulluq keçməsi üçün yerləşdirəcəyini, qonşusu Xatirə Həsənovanın ərini FHN-də sürücü düzələdəcəyinə söz verib.2012-ci ilin yanvar ayında İbrahimov Zakir Şamilovu aldadıb, özünü 500 manata H.Əliyev Fondunun Təhlükəsizlk xidmətində mühafizəçi, atası Şair Şamilovu isə 500 manata gözətçi düzəldəcəyini söz verib.Həmin il fevral-noyabr ayında İbrahimov analoji yolla Vüsal Qacayevi, Məmmədağa Cəfəovu, Nazim Novruzovu və Zülfi Rüstəmovu aldadıb, ümümilikdə onlardan dələduzluq yollu ilə 13.240 manat pullarını ələ keçirib.Vətəndaşların şikayətləri əsasında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev -12 mənzil 10-da yaşayan İbrahimov 2013-cü il iyulun 8-də tutulub. Məlum olub ki, o iki dəfə dələduzluq əməllərinə görə məhkum olunub. 2003-cü il mayın 8-də Nərimanov rayon məhkəməsinin hökmü ilə İbrahimov 3 il, 2006-cı il iyunun 29-da Yasamal rayon məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu dəfə isə Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə İman İbrahimov cəzasını ciddi rejimli cəza-çəkmə müəssəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM