Hidrometeoroloqlar HAVA xəbərdarlığı

15:25 | 15.08.2014
Hidrometeoroloqlar HAVA xəbərdarlığı

Hidrometeoroloqlar HAVA xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda qeyd olunur ki, avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40-43 dərəcəyə yüksələcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında isə 35-38, bəzi ərazilərdə 40 dərəcəyədək isti proqnozlaşdırılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM