Hökumətdən kəskin soyuqlara gözlənilməz reaksiya

14:39 | 03.11.2014
Hökumətdən kəskin soyuqlara gözlənilməz reaksiya

Hökumətdən kəskin soyuqlara gözlənilməz reaksiya

Paytaxta binalara istilik nəzərdə tutulmuş noyabr ayının 15-dən tez verilə bilər.“Azəristiliktəchizat”dan ANS PRESS-ə verilən məlumata görə, bu havaların kəskin soyuması ilə bağlıdır.İdarədən konkret vaxt bildirilməsə də havaların belə sərt keçməsi ilə əlaqədar çox güman noyabrın 15-ni gözləməyəcəklərini bildiriblər.Qeyd edək ki, noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.Noyabrın 2-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib.Proqnozlara görə, sabah gecə Bakıda havanın temperaturu 2 dərəcə istiyədək enəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM