Hüquq müdafiəçisi İntiqam Əliyev saxlanmasından danışdı - VİDEO + FOTOLAR + YENİLƏNİR

15:16 | 08.08.2014
Hüquq müdafiəçisi İntiqam Əliyev saxlanmasından danışdı - VİDEO + FOTOLAR + YENİLƏNİR

Hüquq müdafiəçisi İntiqam Əliyev saxlanmasından danışdı - VİDEO + FOTOLAR + YENİLƏNİR

***

"Müsavat.com"un hazırda hadisə yerində olan müxbiri məlumat verir ki, İntiqam Əliyev Baş prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən ofisinə gətirilib və axtarış onun iştirakı ilə aparılır.

Media təmsilçiləri və bir sıra partiyaların fəalları Azadlıq Prospekti 71 ünvanında yerləşən ofisin qarşısındadır.

14:24

"Qafqazinfo" xəbər verir ki, İntiqam Əliyev hazırda Nəsimi məhkəməsinə aparılıb.

***

13:04

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə "Azadlıq" radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.

O, deyib: "Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar".Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

***

12:46

Bu gün polislər tərəfindən saxlanıldığı deyilən hüquq müdafiəçisi İntiqam Əliyev özünə vəkil istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, İ.Əliyev şahid qismində ifadə vermək üçün Ağır Cinayətlər İdarəsinə çağırılıb:“Nə olacaq bilinmir. Məni istəyib vəkil kimi gedirəm”.
***
12:21Tanınmış hüquq müdafiəçisi İntiqam Əliyev bir neçə dəqiqə öncə polis tərəfindən saxlanılıb. 
AzNews.az xəbər verir ki, hazırda onun evində axtarış aparılır. 
Məsələ ilə bağlı əlavə məlumat veriləcək. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM