Hüquq müdafiəçisi Rüfət Səfərov hücuma məruz qalıb

21:30 | 15.03.2023
"Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov hücuma məruz qalıb. Bu barədə Hüquq müdafiəçisi Facebook hesabında paylaşıb.

"İndicə avtomobilə əyləşdiyim zaman bir kişi üstümə hücum etdi, kəllə ilə mənə zərbə endirdi", - o bildirib.
 
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.

O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.
 
Aytac 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM